11 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Avtomobil idxalının strukturunda elektromobillərin payı artıb

Bu ilin yanvar-oktyabr ayları ərzində ölkəyə 98,29 milyon ABŞ dolları dəyərində 2425 nəqliyyat vasitəsi idxal edilib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin eyni göstəricilərindən dəyər olaraq 7,7 dəfə və ya 85,5 milyon dollar, say baxımından isə 6,6 dəfə və ya 2057 ədəd çoxdur.

Cari ilin sentyabr ayına nisbətdə isə oktyabrda elektromobillərin idxal dəyəri 5,7 faiz və ya 671,8 min dollar artaraq 12,4 milyon dollar, sayı isə 2,5 faiz azalaraq 307 ədəd təşkil edib.

Ümumilikdə cari ilin ilk 10 ayında ölkəyə 1,37 milyard dollar dəyərində 81,2 min nəqliyyat vasitəsi idxal edilib. Ötən ilin yanvar-oktyabr aylarına nisbətdə bu göstərici müvafiq olaraq 65,7 faiz və 33,6 faiz artıb. Hesabat dövründə avtomobil idxalının strukturunda elektromobillərin payı 3 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 2,4 faiz bəndi çoxdur.

VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?