14 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Moldovalı iş adamları sənaye zonalarına investisiya yatırmağa dəvət ediliblər

Moldova Respublikasının Sahibkarlığın İnkişafı Təşkilatının (ODA) direktoru Dumitru Pinteanın başçılıq etdiyi nümayəndə heyəti ilə Sumqayıt Kimya Sənaye Parkında görüş keçirilib.

İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) verilən məlumata görə, Moldovanın Azərbaycandakı səfiri Aleksandr Yesaulenkonun da iştirak etdiyi görüşdə İZİA-nın İdarə Heyəti sədrinin müavini Seymur Adıgözəlov qonaqlara ölkədə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün mövcud biznes imkanları, investisiya mühiti barədə məlumat verib, sənaye zonalarının təqdimatı göstərilib.

Görüş çərçivəsində ODA ilə İZİA arasında əməkdaşlıq əlaqələrinin qurulması, birgə biznes layihələrinin reallaşdırılması, hər iki ölkənin sənaye zonalarında fəaliyyət göstərən sahibkarlıq subyektləri arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması imkanları müzakirə edilib. Moldovalı iş adamları sənaye zonalarında, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarında mövcud əlverişli investisiya imkanlarından yararlanmağa dəvət edilib.

Sonda qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə tanış olublar.

VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi? VergiHansı sahibkarlıq subyektləri xammal və material sərfi normaları barədə vergi orqanına məlumat verməlidir?