12 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Türk iş adamları sənaye zonalarının imkanlarından yararlanmağa dəvət olunub

İqtisadi Zonaların İnkişafı Agentliyində (İZİA) Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan Əməkdaşlıq Şurasının İcraiyyə Komitəsinin sədri Kemal Koloğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Agentlikdən verilən məlumata görə, İZİA-nın İdarə Heyəti sədrinin müavini Seymur Adıgözəlov nümayəndə heyətinə ölkəmizdə mövcud sənaye zonaları, burada iş adamları üçün yaradılan investisiya imkanları barədə məlumat verib, sənaye zonalarının təqdimatı keçirilib.

Kemal Koloğlu Azərbaycanda fəaliyyət göstərən sənaye zonalarında, əsasən də işğaldan azad edilmiş ərazilərdə mövcud sənaye parklarında həyata keçirilən biznes layihələrində iştirak etməkdə və müvafiq sahələrdə təcrübələrini bölüşməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüş çərçivəsində türk iş adamları sənaye zonalarında yaradılan əlverişli biznes imkanlarından yararlanmağa dəvət edilib.

Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?