12 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qeyri-neft-qaz sektorunda strateji layihələr üzrə istiqamətlərin müəyyən olunması ilə bağlı işlər aparılır

Hazırda qeyri-neft-qaz sektorunda strateji layihələr üzrə istiqamətlərin müəyyən olunması ilə bağlı işlər aparılır. Əsas vəzifəmiz iqtisadiyyatda yüksək əlavə dəyər yaradan və başlıca olaraq özəl sektorda cəmləşmiş fəaliyyət sahələrində təşviq və yeni stimullaşdırma alətlərinin geniş tətbiqini təmin etməkdir.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin noyabrın 13-də keçirilən plenar iclasında deyib.

Nazir əlavə edib: “Qarşımızda duran digər mühüm vəzifə dövlət şirkətlərinin fəaliyyətini yenidən qurmaqla onların fəaliyyətinin səmərəsini artırmaq və dövlət büdcəsinə divident ödənişi ənənəsini aşılamaqdır ki, bu da artıq tədricən dövlət büdcəsində öz əksini tapmaqdadır. Bu, 3 il bundan öncə Azərbaycan İnvestisiya Holdinqinin yaradılması ilə iri dövlət şirkətlərinin fəaliyyətində və maliyyə nəticələrində əldə olunmuş köklü dəyişikliklərlə bağlıdır. Təsadüfi deyil ki, 2022-ci ildə Holdinqə daxil olan 12 portfel şirkətindən artıq 8-i divident ödəmək qabiliyyətinə malikdir. Həmin şirkətlərin 2022-ci ildə cəmi əməliyyat mənfəətliliyi 15 milyard manatı keçib, hansı ki, bu göstərici 2020-ci ilə qədər 4-5 milyard manat təşkil edirdi”.

Mikayıl Cabbarov qeyd edib ki, 2024-cü ilin dövlət büdcəsində SOCAR üzrə əhəmiyyətli həcmdə divident ödənişi nəzərdə tutulub. Növbəti illərdə digər dövlət şirkətləri üzrə də divident siyasətinin hazırlanmasını vacib hesab edirik. Bununla yanaşı, əsas vəzifələrdən biri də bir sıra təbii inhisar subyektlərinin öz mənfəətlərini artırmaq üçün bazarda hökmran mövqeyindən sui-istifadə hallarının qarşısını almaqdır.

AZƏRTAC

VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi