19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tahir Mirkişili: “2024-cü ildə qlobal iqtisadi artımın 2,1-2,9 faiz arasında olması gözlənilir”

Beynəlxalq təşkilatların proqnozuna əsasən, 2024-cü ildə qlobal iqtisadi artımın 2,1-2,9 faiz arasında olması gözlənilir.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin noyabrın 13-də keçirilən plenar iclasında deyib.

O bildirib ki, 2023-cü ilin yanvar-sentyabr aylarında neftin 1 barelinin orta aylıq qiyməti illik müqayisədə 21,0 ABŞ dolları və ya 20,7 faiz azalaraq 80,6 ABŞ dolları təşkil edib, 2024-cü ildə neftin 1 barelinin dünya bazarlarında orta qiymətinin 80-95 dollar olacağı proqnozlaşdırılır. Amma, eyni zamanda, Yaxın Şərqdə baş verən hadisələr fonunda tamamilə fərqli səhnə ilə üzləşəcəyimiz də istisna deyil.

“Beynəlxalq təşkilatların hesablamarına əsasən, növbəti ildə sərt monetar siyasətin təsirlərinin davam edəcəyi, eləcə də tələb təzyiqlərinin səngiyəcəyi gözləntiləri ilə qlobal miqyasda inflyasiya proseslərinin mülayim xarakter alacağı proqnozlaşdırılır. Bu proqnozlara görə, qlobal orta illik inflyasiyanın bu ilin sonuna 6,9 faiz, 2024-cü ildə isə 5,8 faiz olacağı proqnozlaşdılır. Artan əmək xərcləri, xammal bazarlarında, o cümlədən enerji məhsulları bazarında yüksək volatillik inflyasiya risklərinin hələ də aktual olacağını göstərir. Bu risklər fonunda fiskal və monetar siyasətin sinxron şəkildə aparılmasının növbəti ildə də zəruri olacağı ehtimal edilir”, - deyə komitə sədri vurğulayıb.

Tahir Mirkişili qeyd edib ki, eyni zamanda, 2024-cü ildə qlobal dövlət borcunun artaraq onun ÜDM-ə nisbətinin inkişaf etmiş ölkələr üzrə 112,7 faiz, inkişaf etməkdə olan ölkələr üzrə isə 70,1 faiz olacağı proqnozlaşdırılır. Azərbaycanda bu göstərici 14,5 faizdir.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?