Birjalarda neft qiymətləri
Dünya birjalarında neft qiymətləri azalıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,52 dollar azalaraq 80,91 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,51 dollar azalaraq 76,66 dollar təşkil edib.