25 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

9 ayda KOB evlərində sahibkarlara 285 minə yaxın xidmət göstərilib

Bu ilin yanvar-sentyabr aylarında KOB evlərində sahibkarlara 285 minə yaxın xidmət göstərilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, bu xidmətlərin 224 mindən çoxu “Bakı KOB evi”nin, 44 mindən çoxu “Yevlax KOB evi”nin, 17 minə yaxını isə “Xaçmaz KOB evi”nin payına düşür.

Xidmətlərin 271 mindən çoxu dövlət qurumları (“G2B”), 14 minə yaxını isə biznes qurumları (“B2B”) tərəfindən göstərilib.

Sahibkarlar daha çox mənşə sertifikatının alınması, bank, nəqliyyat, vergi, gömrük, kommunal, poçt və s. xidmətlər üçün KOB evlərinə müraciət ediblər.

Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98 faiz təşkil edir.

Qeyd edək ki, KOB evlərində sahibkarlara vahid məkanda operativ, şəffaf və vətəndaş məmnunluğu əsasında biznes xidmətləri göstərilir. Hazırda KOB evlərində biznes subyektlərinə sahibkarlıq fəaliyyəti üçün zəruri olan biznesin qeydiyyatı, lisenziya və icazələrin alınması, biznes planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, qida təhlükəsizliyi, kommunal xidmətlərə qoşulma, bank, sığorta, notariat və digər xidmətlər göstərilir. Ümumilikdə Bakı, Xaçmaz və Yevlax KOB evlərində sahibkarlara dövlət və özəl qurumlar tərəfindən 300-dən çox “G2B” və 100-ə yaxın “B2B” xidmətlər təqdim edilir.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?