1 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dörd rayon üzrə 355 116 hektar ərazidə müfəssəl kadastr məlumat bazası yaradılıb

Bəzən torpaqların təyinatına uyğun istifadə edilməməsi, torpaq sahələrinin ayrılmasında nöqsanlara yol verilməsi hallarına rast gəlinir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti belə halların qarşısının alınması, torpaq idarəçiliyi sahəsində münasibətlərin tənzimlənməsi üçün inzibati tədbirlərlə yanaşı, maarifləndirici işlər də həyata keçirir. Belə ki, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, digər hüquqi və fiziki şəxslər qanunvericiliyin tələbləri, həmçinin tətbiq edilən yeniliklər barədə məlumatlandırılır.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Əmlak Məsələləri Dövlət Xidməti və Şəki Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəkidə torpaq və əmlak idarəçiliyinə həsr olunan zona müşavirəsi keçirilib. Müşavirədə Şəki, Qax, Balakən və Zaqatala rayonlarının yerli icra hakimiyyəti orqanlarının məsul əməkdaşları, aidiyyəti dövlət qurumlarının, bələdiyyələrin nümayəndələri iştirak ediblər. Tədbirdə dövlət əmlakının idarə edilməsi, istifadəsi və mühafizəsinə nəzarət olunması, bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı rəyvermə işləri və digər məsələlər, elektron baza xəritələrinin işlənməsi barədə məlumat verilib. Bildirilib ki, Şəki, Qax, Balakən və Zaqatala rayonları üzrə ümumilikdə 355 116 hektar ərazidə torpaq və üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr məlumat bazası yaradılıb. Kadastr uçotu işləri nəricəsində bələdiyyələrin, dövlət torpaqlarının sərhədləri müəyyənləşdirilib və adı çəkilən rayonlar üzrə 100 inzibati ərazi dairəsinin xəritələri hazırlanaraq Milli Məclisə təqdim edilib.

Tədbirdə Şəki rayonu üzrə torpaqların elektron kadastr uçotu işləri elektron olaraq nümayiş edilib.

Ötən il və bu ilin yanvar-oktyabr ayları ərzində qeyd olunan rayonlarda Dövlət Xidməti tərəfindən aparılan monitorinqlərin, rayon icra hakimiyyətlərindən alınmış məlumatların təhlili göstərir ki, bəzi hallarda kənd təsərrüfatına yararlı torpaq sahələri təyinatı üzrə istifadə olunmur, qanunvericiliyinin tələbləri pozulmaqla torpaqlar əkin dövriyyəsindən çıxarılır və münbit qatı korlanır, yararlı əkin, örüş və otlaq sahələri qeyri-kənd təsərrüfatı məqsədləri üçün əsassız olaraq verilir və ya zəbt edilir.

Ümumilikdə, 2022-ci il və 2023-cü ilin 10 ayı ərzində Əmlak Məsələləri Dövlət Xidmətinin adıçəkilən rayonlarda monitorinqləri zamanı torpaq qanunvericiliyinin pozulması ilə bağlı 584 fakt aşkar edilərək sənədləşdirilib. Bu dövrdə torpaq qanunvericiliyinin pozulması hallarına dair müvafiq torpaq istifadəçiləri barədə 268 inzibati protokol tərtib edilib.

Tədbirdə torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və aradan qaldırılması istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə fəaliyyətin genişləndirilməsi, ciddi tədbirlərin görülməsinin vacibliyi diqqətə çatdırılıb. Vurğulanıb ki, torpaqlardan istifadə edilməsi və mühafizəsi sahəsində qanunvericiliyə əməl olunması ilə bağlı preventiv tədbirlərin, davamlı maarifləndirmə və izahat işlərinin aparılması, bu məsələlərdə ictimaiyyətin, kütləvi informasiya vasitələrinin və bələdiyyələrin iştirakının gücləndirilməsi vacibdir.

Çıxış edən rayon icra hakimiyyəti və digər dövlət orqanlarının nümayəndələri, bələdiyyə sədrləri torpaq vəəmlak idarəçiliyi sahəsində qarşılaşdıqları məsələlərdən bəhs ediblər.

Sonda iştirakçıların sualları cavablandırılıb, təklifləri dinlənilib.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ