11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Çin Beynəlxalq İdxal Sərgisində iştirak edəcək

Noyabrın 5-dən 10-dək Şanxay şəhərində 6-cı Çin Beynəlxalq İdxal Sərgisi keçiriləcək.

Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinin təşəbbüsü və himayəsi ilə keçirilən sərgi xarici məhsulların və xidmətlərin Çin bazarına girişini təşviq etmək məqsədi daşıyır. Pandemiyadan sonra ilk dəfə təşkil olunan sərgiyə 154 ölkə və beynəlxalq təşkilatdan 3400 iştirakçı, o cümlədən “Global Fortune 500” siyahısından 289 şirkət qatılacaq. Ümumilikdə 400 minə yaxın peşəkar ziyarətçi qeydiyyatdan keçib. Şanxay sərgisində 69 ölkənin milli pavilyonu ilə yanaşı, müxtəlif sahələr üzrə şirkətlərin biznes pavilyonları da fəaliyyət göstərəcək. Sərginin gedişində 400-dən çox məhsul, texnologiya və xidmət ictimaiyyətə ilk dəfə təqdim olunacaq.

Çin Beynəlxalq İdxal Sərgisinin davamlı iştirakçılarından olan Azərbaycanın milli pavilyonunda ölkəmizin rəqabətqabiliyyətli məhsulları təqdim olunacaq.

Sərgidə Azərbaycandan Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti də iştirak edəcək. Azərbaycan nümayəndə heyətinin üzvləri sərgi çərçivəsində təşkil olunacaq forumlarda iştirak və çıxış edəcəklər.

Bundan başqa, ikitərəfli görüşlərdə Azərbaycan ilə Çin arasında iqtisadi-ticari əlaqələrin inkişaf məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, 2018-ci ildən keçirilən Çin Beynəlxalq İdxal Sərgisi dünyada ölkə səviyyəsində də yeganə idxal sərgisidir.

AZƏRTAC

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?