11 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bakıda Azərbaycan-Bö­yük Britaniya Hökumə­tlərarası Komissiya­sının 6-cı iclası ke­çiriləcək

Bakıda Azərbaycan-Bö­yük Britaniya Hökumə­tlərarası Komissiya­sının 6-cı iclası ke­çiriləcək

Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri, energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın dövlət katibinin parlament üzrə müavini, Biznes və Ticarət Departamentində ixracat naziri Malkolm Offordın iştirakı ilə onlayn görüş keçirilib.​

Nazirlikdən verilən məlumata görə, görüşdə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti, bu ilin dekabrında Bakıda keçirilməsi planlaşdırılan növbəti iclası və ikitərəfli enerji əməkdaşlığı ilə bağlı məsələlər müzakirə edilib.​

Hökumətlərarası Komissiyanın 6-cı iclasının qarşılıqlı faydalı əməkdaşlığın inkişafına töhfə verəcəyi bildirilib. Həmçinin iki ölkə arasında “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” layihəsinin tezliklə yekunlaşdırılmasının vacibliyi qeyd edilib.

VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi?