15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirən dəhliz Orta dəhliz marşrutunun şaxələnməsini təmin edəcək

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı üzrə ötən il ümumi yükaşırmanın həcmi 15 faiz artaraq 6,4 milyon ton təşkil edib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetində dərc edilmiş “Azərbaycan: güclü iqtisadi potensialı olan qalib dövlət” məqaləsində bildirilir.

Qeyd olunur ki, bunun 90 faizə qədəri tranzit yüklərin payına düşür. Tranzit potensialının artırılması üçün limanın 2-ci fazasının tikintisi ilə bağlı əsaslı işlərə başlanılıb.

“Ələt Azad İqtisadi Zonası yerli və xarici investorları cəlb etməklə yüksək əlavə dəyərli, ixracyönümlü məhsul və xidmətlər istehsalını təşkil edəcək, Azərbaycanın tranzit imkanlarını genişləndirəcək, yükdaşımaları artıracaq”, - M.Cabbarov qeyd edib.

Nazir Orta dəhlizin artan imkanlarından optimal şəkildə yararlanmaq üçün nəqliyyat infrastrukturunun təkmilləşdirildiyini vurğulayıb: “Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirən dəhliz də Orta dəhliz marşrutunun şaxələnməsini təmin edəcək”.

“2022-2026-cı illərə dair sosial-iqtisadi inkişaf strategiyasında da ölkəmizin regional haba və e-ticarət mərkəzinə çevrilməsi, tranzit yükdaşıma və logistika əməliyyatlarının həcminin artırılması nəzərdə tutulur”, - nazir əlavə edib.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?