14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan şirkətləri məhsullarını Çinin ən böyük ticarət sərgisində nümayiş etdirir

Çinin xarici ticarətində mərkəz rolunu oynayan Quancou şəhərində ölkənin ən böyük ticarət sərgisi olan Çin idxal və ixrac sərgi-yarmarkasının (Kanton sərgisi) payız sessiyası işə başlayıb.

134-cü dəfə keçirilən Kanton sərgisində 28 mindən çox şirkətin 74 mindən çox köşkü fəaliyyət göstərəcək. Üç mərhələdə noyabrın 4-dək keçiriləcək sərgi-yarmarkanın ekspozisiya sahəsi 1,55 milyon kvadratmetrdir.

Sərgi-yarmarkanın ixrac bölümündə 27 min 883 yerli şirkət, idxal bölümündə isə təxminən 650 şirkət öz məhsullarını və xidmətlərini təqdim edir. Azərbaycan şirkətləri də öz məhsullarını sərgi-yarmarkanın idxal bölümündə nümayiş etdirir. Sərgiyə qatılan xarici şirkətlərin 60 faizi “Bir kəmər, bir yol” təşəbbüsünün əhatə etdiyi ölkələrdəndir.

Təşkilat Komitəsinin məlumatına əsasən, təxminən 200 ölkədən 100 mindən çox alıcı sərgidə iştirak üçün qeydiyyatdan keçib.

Qeyd edək ki, 1957-ci ildən bəri ildə iki dəfə keçirilən Kanton sərgisi Çinin xarici ticarətinin barometri sayılır. Sərgi ziyarətçilərin və iştirakçı şirkətlərin, ticarət sövdələşmələrinin və nümayiş olunan məhsulların növ sayına görə dünyada ən böyük ticarət sərgi-yarmarkalarından biridir. Sərgi Çinin Kommersiya Nazirliyinin və Quandon vilayəti hökumətinin birgə təşkilatçılığı ilə ildə iki dəfə - yazda və payızda təşkil olunur.

AZƏRTAC

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?