15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Özəl bölmənin qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarında payı 74 faizi ötüb

Son illərdə vergi sistemində aparılmış köklü islahatlar nəticəsində iqtisadiyyatda şəffaflaşma səviyyəsi yüksəlib, nəticədə 2022-ci ildə tariximizdə ilk dəfə dövlət büdcəsinə 15,5 milyard manat vergi daxilolması təmin edilib. Özəl bölmənin qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarında payı 74 faizi ötüb.

Bunu dövlət başçısı İlham Əliyevin birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibətilə Bakıda keçirilən “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfransda çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Əmək bazarının “ağardılması” məqsədilə əmək haqları üzrə aparılmış islahatlar sayəsində qeyri-neft-qaz özəl sektorunda 340 mindən çox yeni əmək müqavilələri bağlanıb. Qeyri-neft-qaz özəl sektorunda cəmi əmək müqavilələrində payı 50 faizə çatmaqdadır”, - deyə nazir vurğulayıb.

AZƏRTAC

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?