24 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Mikayıl Cabbarov: “Azərbaycan son 20 ildə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub”

Mikayıl Cabbarov: “Azərbaycan son 20 ildə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub”

“Prezidentin strateji inkişaf kursunun uğurlu icrası nəticəsində Azərbaycan ötən 20 ildə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub. Ötən dövrdə qeyri-neft-qaz iqtisadiyyatı 4 milyard dollardan 41 milyard dollaradək böyüyüb. Şaxələnmə baxımından prioritet olan strateji sahələrdə əlavə dəyər qeyri-neft qaz sənayesində 4,7 dəfə, turizmdə 19 dəfəyədək, informasiya və rabitədə 23 dəfə, nəqliyyat sektorunda 5 dəfəyədək böyüyüb”.

Bunu dövlət başçısı İlham Əliyevin birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibətilə Bakıda keçirilən “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfransda çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, ötən 20 ildə qeyri-neft qaz məhsullarının ixracı 12 dəfəyədək artaraq, müstəqillik dövründə ilk dəfə 3 milyard dolları ötüb.

AZƏRTAC

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması