24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sahibkar Ayaz Ələkbərov: “Yeni emal sahələri yaratmağı düşünürük”

Sahibkar Ayaz Ələkbərov: “Yeni emal sahələri yaratmağı düşünürük”

“Qusarda yeni meyvə emalı sahələri yaratmağı düşünürük”. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına 2006-cı ildən Qusarda bağçılıq fəaliyyəti ilə məşğul olan sahibkar Ayaz Ələkbərov deyib.

Onun sözlərinə görə, bağında alma, armud, nektarin, şaftalı və s. olmaqla müxtəlif növ meyvələr yetişdirir. Hazırda alma və heyva mövsümünün olduğunu xatırladan sahibkar qeyd edib ki, daxili bazarı meyvə ilə təmin etsələr də, əsasən, ixracla məşğuldurlar. Bağında yetişdirdiyi meyvələri, əsasən, Rusiyaya ixrac edirlər. İl ərzində təxminən 2000 ton məhsul ixrac edilir. Bu il isə artıq 1000 tona yaxın meyvə ixrac ediblər: “Mən bir dəfə Dubaya da məhsul ixrac etmişəm. Amma logistika, qiymət baxımından bizim üçün Rusiyaya məhsul ixrac etmək daha rahatdır. İxraca 1-ci növ məhsulları göndərirəm, amma bizim 2-ci növ məhsullarımız da olur. Fikirləşirəm ki, bu növ məhsulları emal edərək cemlər, şirələr hazırlaya bilərik. Hazırda bunu gerçəkləşdirməyə çalışıram”.

Bağçılığın inkişafı üçün dövlət qurumlarının yardım etdiyini deyən A.Ələkbərov Sahibkarlığın İnkişafı Fondu və Aqrar Kredit və İnkişaf Agentliyinin onların fəaliyyətinə mühüm dəstək verdiyini söyləyib.

A.Ələkbərov Sahibkarlığın İnkişafı Fondundan ilk dəfə 180 min manat, 2-ci dəfə 300 min manat, 3-cü dəfə isə 615 min manat kredit alıb: “Bağın salınması üçün özümün şəxsi vəsaitim olsa da, bu, kifayət deyildi. Ona görə də 3 dəfə SİF-dən kredit alaraq bağımı genişləndirmişəm. Bu kreditlər biznesimin inkişafına çox kömək edib”.

A.Ələkbərov qeyd edib ki, bağın salınması üçün lazım olan tingləri, əsasən, Türkiyə və İtaliyadan alıb gətirir: ”Azərbaycanda yeni sortlar olmadığı üçün tingləri xaricdən gətirməli oluram. Yeni sortlar daha məhsuldar, xəstəliklərə qarşı daha davamlı, daha böyük olur”.

İlhamə İSABALAYEVA

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?