15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pekində 3-cü “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumu keçiriləcək

Oktyabrın 17-18-də Çinin paytaxtı Pekində 3-cü “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumu keçiriləcək.

Çin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, forumda bir neçə dövlət və hökumət başçısı, yüksək vəzifəli rəsmi şəxslər, beynəlxalq və regional təşkilatların rəhbərləri iştirak edəcək. Çin Xalq Respublikasının Sədri Si Cinpin forumun açılış mərasimində çıxış edəcək.

Forum çərçivəsində müxtəlif mövzularda bölmə iclaslarında “Bir kəmər, bir yol” təşəbbüsü üzrə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Forumda Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.

Qeyd edək ki, Çinin xüsusən Avrasiya regionundakı ölkələrlə ikitərəfli və çoxtərəfli iqtisadi-ticari əməkdaşlığının genişlənməsinə dəstək məqsədi daşıyan “Bir kəmər, bir yol” təşəbbüsü 2013-cü ildə elan edilib. Azərbaycan bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, özünün iqtisadi potensialı, əlverişli coğrafi mövqeyi, eləcə də nəqliyyat-logistika imkanları ilə onun icrasına önəmli töhfələr verir. Prezident İlham Əliyev 2015-ci ilin dekabrında Çində dövlət səfərində olarkən, iki ölkə arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. “Bir kəmər, bir yol” təşəbbüsü üzrə ilk Beynəlxalq Əməkdaşlıq Forumu 2017-ci ildə keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ildə 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib. (AZƏRTAC)

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?