19 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Danimarkaya məhsul ixracı 4 dəfə artıb

Danimarkaya məhsul ixracı 4 dəfə artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Danimarka ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 10,14 milyon ABŞ dolları və ya 66,6 faiz artaraq 25,3 milyon dolları üstələyib.

“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 8 ayında Azərbaycandan Danimarkaya 263,33 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 197,81 min dollar və ya 4 dəfə çoxdur.

Danimarkadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 65,6 faiz və ya 9,94 milyon dollar artaraq 25,1 milyon dollar təşkil edib.

Cari ilin yanvar-avqust aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Danimarka ilə ticarətin payı 0,07 faiz təşkil edib ki, bu da bir il öncəki eyni göstəricini 0,03 faiz bəndi üstələyir.

VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur?