8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yem və yem əlavələrinin satışı üzrə dövriyyələrin ƏDV-dən azad edilməsinin əhəmiyyəti

Vergi Məcəlləsinin 164.1.46-cı maddəsinə əsasən, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr – 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilib. Qanunvericiliyin bu tələbinin əhəmiyyətini “vergiler.az”a iqtisadçı ekspert Radil Fətullayev şərh edir.

Vergi Məcəlləsindəki bu müddəa ölkədə kənd təsərrüfatı sahəsinin inkişafı, özünəməşğulluğun təmin edilməsi, həmin sahənin məhsullarına olan tələbatın daxili istehsal hesabına təmin olunması, idxaldan asılılığın azaldılması və ərzaq təhlükəsizliyi baxımından aqrar sahədə dövlət siyasətinin həyata keçirilməsi məqsədi daşıyır.

Artıq bilirik ki, kənd təsərrüfatı məhsullarının istehsalı, satışı vergidən azaddır və bununla bağlı Vergi Məcəlləsində ayrıca maddələrdə izahlar verilib. Ancaq bütün kənd təsərrüfatı məhsullarının sonrakı mərhələdə dövriyyəsi, yəni, tədarükü və ticarəti tam olaraq vergidən azad deyil. Lakin 2020-ci il yanvarın 1-dən heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr tam olaraq ƏDV-dən azad edilib. Həmin malların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 iyun 2022-ci il tarixli 251 nömrəli Qərarı ilə təsdiq eidlib. Bu siyahıya yemlərin tərkibinə daxil olan qüvvəli, qaba və sulu şirəli yemlər, bitki və heyvan mənşəli yemlər, heyvandarlıqda və quşçuluqda istifadə olunan müəyyən amin turşuları, həmçinin, yem əlavəsi, müxtəlif təyinatlı minerallar, vitaminlər və digər maddələr daxil edilib.

Qeyd edək ki, artıq bu cür məhsulların bütün zəncirlər üzrə dövriyyəsinin ƏDV-dən azad olunması təbii ki, heyvandarlığın inkişafına öz təsirini göstərəcək. Bildiyimiz kimi, son dövrlərdə dünya bazarında ət və ət məhsullarının dəyərinin ciddi bir şəkildə artımı davam edirdi. Bu nöqteyi-nəzərdən aparılan siyasət ölkədə istehsal edilən mal əti, qoyun əti, həmçinin, quş ətinin bahalaşmasının qarşısını ala biləcək əsas məsələlərdən biridir.

Çünki mal əti satan şəxslər hər zaman həmin heyvanı fermerlərdən almırlar. Əsasən, tədarük məntəqələrindən əldə edirlər. Bu halda isə satıcı satış zamanı həm ticarət əlavəsini, həmçinin, öz ödədiyi əlavə dəyər vergisini malın üzərinə əlavə edərək satır. Nəticədə, mal ətinin və digər heydandarlıq və quşçuluq məhsullarının dövriyyəsinin ƏDV-dən azad olması təbii ki, son istehlakçının həmin məhsulu aşağı dəyərlə əldə etməsinə səbəb olacaq.

Beləliklə, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələrin tam olaraq ƏDV-dən azad edilməsi ümumilikdə kənd təsərrüfatı sektorunda qiymətlərin artımının qarşısını ala bilən mühüm səbəblərdəndir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?