30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vüqar Bayramov: “Qeyri-neft sektorunun inkişafı xərcləmələr üçün əlavə vəsaitlər yaradır”

Dövlət büdcəsinə qeyri-neft daxilolmalarının artması birbaşa qeyri-neft sektorunda aparılan islahatlarla, eyni zamanda, enerjidən kənar sektorların son illər daha sürətli inkişaf etməsi ilə bağlıdır.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, iqtisadiyyatın inkişafı ilə bağlı son illər ərzində həyata keçirilən islahatlar qeyri-neft sektorundakı artım tempinin sürətlənməsinə gətirib çıxarıb. Bu hal son illər büdcəyə qeyri-neft sektorundan proqnozlaşdırılandan daha çox vəsaitin cəlb edilməsinə imkan yaradıb. Bunun nəticəsində həm büdcə gəlirlərində qeyri-neft sektorunun payının artması, həm də qeyri-neft sektorunun özünün inkişaf etməsi və dövriyyəsinin genişlənməsi müşahidə olunur: “Artıq ümumi daxili məhsulda qeyri-neft sektorunun payında artımlar müşahidə olunur. Qeyri-neft sektorunun payının artması büdcə gəlirlərinin dayanıqlığı baxımından çox vacibdir. Bu, fiskal gəlirlərimizdə neft sektorundan asılılığın minimallaşdırılmasına gətirib çıxarır, sosial proqramlar da daxil olmaqla büdcədən maliyyələşdirilən layihələrə daha çox vəsaitin ayrılmasına imkan yaradır. Digər tərəfdən, bu, fiskal gəlirlərin daha da möhkəmlənməsinə səbəb olur. Bu baxımdan qeyri-neft sektorunun inkişafı, birmənalı olaraq, fiskal siyasətimizin dayanıqlığını təmin etməklə yanaşı, həm də xərcləmələr üçün əlavə vəsaitlər və maliyyə bazası yaradır. Bu da sosial təminat layihələrinin genişlənməsinə, işğaldan azad edilmiş ərazilərə daha çox vəsaitin ayrılmasına, eyni zamanda, real sektorun fiskal baxımından daha yaxından dəstəklənməsinə imkan verir”.

Xatırladaq ki, Maliyyə Nazirliyinin açıqladığı 2024-cü ilin büdcə parametrləri ilə bağlı layihəyə görə, 2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin qeyri-neft gəlirləri neft gəlirlərini üstələyəcək. 2024-cü il dövlət büdcəsinin gəlirləri ÜDM-in 28,5 faizi həcmində, yəni 33 milyard 765 milyon manat nəzərdə tutulur. Bu məbləğin 49,6 faizi və ya 16 milyard 756 milyon manatı neft sektorunun, 50,4 faizi və ya 17 milyard 009 milyon manatı qeyrineft/qaz sektorunun payına düşür.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?