22 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Türkiyə ilə ticarət dövriyyəsi 5,5 milyard dolları üstələyib

Türkiyə ilə ticarət dövriyyəsi 5,5 milyard dolları üstələyib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 1,64 milyard ABŞ dolları və ya 42,4 faiz artaraq 5,5 milyard dolları üstələyib.

“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 8 ayında Azərbaycandan Türkiyəyə 4 milyard dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 1,54 milyard dollar və ya 63 faiz çoxdur.

Türkiyədən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 6,9 faiz və ya 98,4 milyon dollar artaraq 1,52 milyard dollar təşkil edib.

Cari ilin yanvar-avqust aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Türkiyə ilə ticarətin payı 15,57 faiz təşkil edib ki, bu da bir il öncəki eyni göstəricini 4,51 faiz bəndi üstələyir.

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?