1 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aqrar sektorda çalışanlara 54 milyon manatdan çox güzəştli kredit verilib

Bu ilin yanvar-avqust ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 5056 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Aqrar Tədqiqatlar Mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk səkkiz ayında aqrar sektorda fəaliyyət göstərən 2662 fiziki və hüquqi şəxsə 54,18 milyon manat məbləğində güzəştli kredit verilib. 2022-ci ilin yanvar-avqust aylarına nisbətdə güzəştli kredit alanların sayı 8,8 faiz (215 nəfər), kredit məbləği isə 32,8 faiz (13,38 milyon manat) artıb.

Hesabat dövründə verilən kreditlərin 40,89 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 350 min manatı güzəştli kreditlər, 12,95 milyon manatı isə mikrokreditlərdir.

Bununla yanaşı, cari ilin yanvar-avqust ayları ərzində AKİA tərəfindən 2401 baş damazlıq heyvanın (1525 baş iribuynuzlu, 876 baş xırdabuynuzlu) alışına 5,35 milyon manat, habelə kənd təsərrüfatı texnikası və avadanlıqlarının alışı üçün 60,99 milyon manat məbləğində güzəşt vəsaiti ayrılıb.

VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?