22 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Xidmətinin nümayəndə heyəti Koreya Respublikasına səfər edib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (AİBNDX) rəisi Məmməd Abbasbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasına səfər edib.

Dövlət Xidmətindən verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Birinci Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası – Müstəqil Dövlətlər Birliyi - Koreya Ədalətli Ticarət Komissiyası Rəhbərlər Sammiti ("ASEAN-CIS-KFTC" Enforcers Summit) və 12-ci Seul Beynəlxalq Rəqabət Forumunda iştirak edib.

Müxtəlif ölkələrdən əlliyə yaxın nümayəndənin qatıldığı tədbirdə Dövlət Xidmətinin rəisi AİBNDX-nin fəaliyyət istiqamətləri, xüsusilə ölkəmizdə rəqabət, dövlət satınalmaları üzrə qanunvericilik bazasının təkmilləşdirilməsinə dair institusional islahatlar, keyfiyyət infrastrukturu və istehlakçıların hüquqlarının müdafiəsi sahələrində həyata keçirilən tədbirlər barədə təqdimatla çıxış edib. Bundan əlavə, iştirakçılara sözügedən fəaliyyətlərin rəqəmsallaşdırılmasına dair qarşıya qoyulan hədəflərlə bağlı ətraflı məlumat verilib.

İki gün davam edən sammit çərçivəsində iştirakçı ölkələrdə son rəqabət qanunları, yeniliklər və siyasət tendensiyaları, iqtisadi böhranın aradan qaldırılmasında rəqabət qurumlarının rolu, antiinhisar orqanlarının rəqabətin məhdudlaşdırılması hallarına reaksiyası, rəqəmsal bazarların sürətli inkişafının rəqabət mühitinə yaratdığı təhdidlər mövzularında fikir mübadiləsi aparılıb. Eyni zamanda, beynəlxalq əməkdaşlıq, texniki yardım təcrübələri və təkmilləşdirmə üsulları istiqamətində nəzərdə tutulan tədbirlər müzakirə edilib.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?