3 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş olaraq qalır

Xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və “Magyar Demokrata” macar nəşrinə müsahibə verib.

“Həqiqətən, energetika bizim əməkdaşlığımızın əsas istiqamətlərindən biridir. Azərbaycanın energetika siyasəti öz-özlüyündə çoxşaxəlidir və Macarıstan ilə əməkdaşlıq bizim milli energetikamızın bütün seqmentlərini əhatə edir. Buraya MOL konserninin timsalında macar kapitalının iştirakının olduğu neft seqmenti də daxildir: xüsusən, bu şirkət Azərbaycanın ən böyük neft ehtiyatlarının olduğu “Azəri-Çıraq-Günəşli” yatağında səhmlərin 9,57 faizinə, həmçinin Bakı-Tbilisi-Ceyhan boru kəmərində 8,9 faizlik paya malikdir. Bu, həm də qaz seqmentidir”,- deyən nazir qeyd edib ki, 2020-ci ilin sonundan etibarən – Cənub Qaz Dəhlizinin, daha dəqiq deyilərsə, Trans-Adriatik boru kəmərinin (TAP) tikintisinin ikinci mərhələsinin başa çatmasından sonra Azərbaycan ilk dəfə Avropa bazarına təkcə xam neft deyil, həm də təbii qaz ixrac etməyə başladı: “Əvvəlcə nəzərdə tutulmuşdu ki, təbii qaz tədarükü İtaliya, Yunanıstan və Bolqarıstana ediləcək, lakin sonradan bir sıra digər dövlətlər tərəfindən də maraq göstərildi ki, onların arasında bizə dost olan Macarıstan da var. Dünən həmkarımla görüşdə Peter Siyarto bildirdi ki, Azərbaycan qazı artıq Macarıstana daxil olmağa başlayıb”.

Nazir əlavə edib ki, tədarükün həcminin artırılması planlaşdırılır: “Ölkələrimizi birləşdirən neft və qazla yanaşı, həmçinin “yaşıl enerji” seqmentini də qeyd etmək lazımdır. Bildiyiniz kimi, 2022-ci il iyunun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”, həmin ilin dekabrın 17-də isə Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Beləliklə, “yaşıl elektrik enerjisi” Azərbaycan ilə Macarıstan arasında energetika sahəsində əməkdaşlığın daha bir seqmentidir. Lakin eyni zamanda, qeyd etmək istərdim ki, söylənənlərin hamısı ədalətli şəkildə bütün Avropa İttifaqına aid ediləcək, çünki uzun illər ərzində adı çəkilən seqmentlər – neft, 2020-ci ildən etibarən qaz və habelə perspektivdə yaşıl elektrik enerjisi olmaqla, Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş olaraq qalır. Artıq söylədiyim kimi, ilk dəfə Xəzər qazı Macarıstana nəql edilməyə başlayıb. Əvvəlcə təbii qazın üç ölkəyə - İtaliya, Yunanıstan və Bolqarıstana tədarükü nəzərdə tutulurdu. Lakin bu ildən başlayaraq Macarıstan və Rumıniyada Xəzər dənizinin dərinliklərindən hasil edilən qazın nəql olunduğu ölkələr sırasına qoşuldu. Bir sıra digər ölkələr də maraq göstərib və qoşulmaq istədiklərini bildiriblər. Xüsusən, bu ilin aprelində Azərbaycan, Macarıstan, Rumıniya, Bolqarıstan və Slovakiyanın energetika şirkətləri “həmrəylik halqası” adlanan saziş imzaladılar. Bu sənədin imzalanmasında məqsəd Avropanın daxili qaz interkonnektorlarının Cənub Qaz Dəhlizi ilə nəql edilən qazın həcminin artırılması üçün istifadə olunmasıdır”.

C.Bayramovun sözlərinə görə, planlar böyükdür: “Avropa 2027-ci ildə bizdən 20 milyard kubmetr qaz almağı gözləyir. Hazırkı dinamika bizə bu məqsədə çatmağa imkan verir. Ən başlanğıcda Azərbaycan 8 milyard kubmetr qaz tədarük edirdi. Artıq ötən il bu, 11,4 milyard kubmetrə çatıb, cari ildə isə 12,5 milyard kubmetr olacaq. Bu, təkcə Avropa İttifaqı üçündür. Aİ ilə yanaşı, Azərbaycan Gürcüstana əsas və ən iri bazarlardan olan Türkiyəyə böyük təbii qaz tədarükçüsüdür”.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması