30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun üzvləri ilə görüş keçirilib

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İsrail Knessetində Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun üzvləri ilə görüşüb.

Elnur Əliyev geniş əlaqələrə malik ölkələrimizin iqtisadi əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə birgə işlərin davam etdirildiyini vurğulayıb. Qeyd edilib ki, Azərbaycanla İsrail müxtəlif sahələrdə bir-birilərinə qarşılıqlı dəstək göstərir. Yüksək səviyyəli səfərlər, keçirilən görüş və tədbirlər münasibətlərin inkişafında önəmli rol oynayır. 3-cü iclası bu ilin aprelində Bakıda keçirilmiş Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiya tərəfdaşlığın inkişafı üçün mühüm platformadır. Ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığı da genişlənir. Ötən il İsraillə ticarət dövriyyəsi 85 faizdən çox artıb. İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması üzrə tədbirlər davam edir.

İsraillə innovativ inkişaf və rəqəmsal iqtisadiyyat, energetika, sənaye zonaları və aqroparklar, turizm, su təsərrüfatı, qida təhlükəsizliyi, səhiyyə, humanitar və digər sahələrdə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var. Bunlardan əlavə, İsrail şirkətlərinin azad edilmiş ərazilərimizdə həyata keçirilən reinteqrasiya layihələrinə cəlb edilməsi önəm daşıyır.

İsrail Knessetində Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun üzvü Yevgeni Sova ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına önəm verdiyini, İsrail şirkətlərinin müxtəlif istiqamətlər üzrə həyata keçirilən layihələrdə, o cümlədən, Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştiraka marağını ifadə edib, əməkdaşlığın inkişafı barədə fikirlərini bölüşüb.

Görüşdə Azərbaycan-İsrail iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?