10 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 15 faizdən çox artıb

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 15 faizdən çox artıb

Bu ilin yanvar-iyul aylarında Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nisbətdə 15,4 faiz artaraq 847 951,1 min ABŞ dolları təşkil edib.

“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Gürcüstan Milli Statistika İdarəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 7 ayında Gürcüstandan Azərbaycana 485 342,2 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 38,1 faiz üstələyir. Hesabat dövründə Azərbaycandan Gürcüstana idxal isə 5,4 faiz azalaraq 362 608,9 min dollar olub.

Hesabat dövründə Gürcüstanın ümumi ticarət dövriyyəsində Azərbaycanla ticarətin payı 7 faiz təşkil edib.

2023-cü ilin yanvar-iyul ayları üzrə Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində ilk on ticarət tərəfdaşının payı 68,8 faiz təşkil edib. Azərbaycan bu siyahıda Türkiyə (1 687 848,2 min dollar), Rusiya (1 503 723,3 min dollar), ABŞ (1 023 142,1 min dollar) və Çindən (944 325,6 min dollar) sonra beşinci yerdə qərarlaşıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?