30 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ruslan Saralinov: “Zəngəzur dəhlizi sərnişin və yük daşımalarında Qırğızıstan üçün səmərəli marşrut ola bilər”

Zəngəzur dəhlizi sərnişin və yük daşımaları baxımından Qırğızıstan üçün səmərəli marşrut ola bilər.

Bu sözləri “Azərbaycan İqtisadiyyatı” “Telegram” kanalına qırğız ekspert, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Qırğızıstan Respublikasında ticarətin liberallaşdırılması və gömrük islahatları (RTLC) layihəsinin İxrac Tərəfdaşlığı təşəbbüsünün meneceri Ruslan Saralinov deyib.

Ekspert qeyd edib ki, Zəngəzur dəhlizi türk dövlətləri arasında iqtisadi-ticarət əməkdaşlığı üçün böyük imkan kimi görünür və onun regiona ciddi təsir göstərməsi gözlənilir: “Qırğızıstan Zəngəzur dəhlizinə birbaşa bağlı deyil, lakin ölkənin yük və sərnişin daşımaları vasitəsilə dəhlizdə iştirak etməsi mümkündür. Qırğızıstanın dənizə çıxışı olmadığına görə beynəlxalq bazarlara inteqrasiya üçün qonşuları ilə nəqliyyat əlaqələrindən asılıdır".

Ekspert Zəngəzur dəhlizinin Qırğızıstana Türkiyə və Avropaya yüklərin, habelə, insanların daşınması üçün yeni və səmərəli yol təqdim edə biləcəyini vurğulayıb.

Onun sözlərinə görə, Qırğızıstan Zəngəzur dəhlizində iştirak etməzdən əvvəl bir sıra problemlərini həll etməlidir.

“Bu məsələlərə Qırğızıstanda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, regionda təhlükəsizlik məsələlərinin həlli və dəhlizdə iştirak edən digər ölkələrlə koordinasiyanın qurulması daxildir.

Bununla belə, Zəngəzur dəhlizində iştirak etməyin Qırğızıstan üçün böyük faydaları ola bilər. Dəhliz ölkənin yeni bazarlara çıxışını təmin edə, ölkə iqtisadiyyatını stimullaşdıra və regional əməkdaşlığı yaxşılaşdırmağa kömək edə bilər”, - ekspert qeyd edib”.

Tamilla MƏMMƏDOVA

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?