15 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən ay gündəlik neft hasilatı 621 min barel olub

Bu ilin iyul ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 621 min barel olub ki, bu da 2022-ci ilin iyul ayının göstəricisindən 5,8 faiz və ya 38 min barel azdır.

vergiler.az”ın Energetika Nazirliyinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin iyul hasilatında 499 min bareli xam neftin, 122 min bareli isə kondensatın payı təşkil edib. 2022-ci ilin eyni ayının müvafiq göstəriciləri üzrə xam neft hasilatında 9,3 faiz (50,9 min barel) azalma, kondensat hasilatında isə 11,8 faiz (12,9 min barel) artım qeydə alınıb.

Bu ilin iyun ayına nisbətdə isə iyulda xam neft hasilatı 0,2 faiz (1 min barel) azalıb, kondensat hasilatı isə 10,9 faiz (12 min barel) artıb.

Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?