11 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sumqayıt Kimya Sənaye Parkı tərəfindən 446,3 milyon manatlıq məhsul ixrac edilib

Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyaların həcmi 5,7 milyard manatdan artıq olan 37 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.

İqtisadi Zonaların İnkişafı Agentliyindən “vergiler.az”a verilən məlumata görə, bu rezidentlərdən hazırda 20-si fəaliyyət göstərir. Bu il Sənaye Parkında daha 4 müəssisənin fəaliyyətə başlaması planlaşdırılır.

İndiyədək Sumqayıt Kimya Sənaye Parkına rezidentlər tərəfindən 5,3 milyard manatdan çox sərmayə yatırılıb, 6400-dən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə Sənaye Parkına əlavə olaraq 386 milyon manat investisiyanın yatırılması, 2000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Bugünədək Parkın rezidentləri tərəfindən ümumilikdə 8,67 milyard manatdan çox məhsul satışı həyata keçirilib ki, bunun da 3,12 milyard manatdan çox hissəsi (təxminən 36 faizi) ixracın payına düşür. Cari ilin birinci yarısında Sumqayıt Kimya Sənaye Parkında 1,3 milyard manatlıq məhsul istehsal edilib, 446,3 milyon manatlıq məhsul ixrac edilib. Hesabat dövründə 1,3 milyard manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 15,2 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə 19,6 faiz olub.

Sənaye Parkında istehsal olunan məhsullar dünyanın 60-a yaxın ölkəsinə, ümumilikdə Türkiyə, Yaponiya, ABŞ, Kanada, İtaliya, Çin, Rusiya, Ukrayna, Belarus, Tayvan, Bolqarıstan, Rumıniya, Polşa, Finlandiya, Niderland, Makedoniya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, BƏƏ, Livan, İraq və sair ölkələrə ixrac olunub.

VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir?