31 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır

İyunun 13-də Bakıda "Avropa İttifaqı-Azərbaycan" biznes forumu öz işinə başlayıb. Müxtəlif dövlət strukturlarının rəhbərlərinin, Azərbaycanda fəaliyyət göstərən xarici səfirliklərin nümayəndələrinin, xarici və yerli biznes qurumlarının təmsilçilərinin, kütləvi informasiya vasitələrinin əməkdaşlarının iştirak etdiyi forumda Avropa İttifaqı-Azərbaycan münasibətləri, perspektiv əlaqələr və birgə fəaliyyət istiqamətində müzakirələr aparılır.

Biznes forumunda Avropa qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə Avropa İttifaqının komissarı Yohannes Han, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev çıxış ediblər. Avropa İttifaqı-Azərbaycan münasibətlərini toxunan Yohannes Han qeyd edib ki, bu münasibətlər son illər daha da intensiv xarakter alıb. Bildirib ki, hazırda Azərbaycanla "Aviasiya sazişi"nin imzalanması istiqamətində danışıqlar aparılır: "Ümid edirik ki, saziş bu il imzalanacaq. Azərbaycan bizim etibarlı tərəfdaşımızdır".

"İndiyədək Avropa İttifaqı tərəfindən Azərbaycan iqtisadiyyatına 33 milyard ABŞ dolları, Azərbaycan isə Avropa İttifaqına 15 milyard dollar həcmində sərmayə yatırıb". Bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev biznes forumunda çıxışı zamanı deyib. Nazir qeyd edib ki, hazırda ölkədə Avropa İttifaqına üzv ölkələrin 1600 şirkəti fəaliyyət göstərir. Ötən il Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsinin həcmi 30 faiz artıb. Azərbaycan bu qurumun əsas iqtisadi və ticarət tərəfdaşlarındandır.

VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi?