9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rəsul Rısməmbətov: "Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi 600 milyon dollara çatacaq"

2023-cü ildə Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi 30 faiz artaraq 600 milyon dollara çatacaq.

Bunu “vergiler.az”a açıqlamasında maliyyə və iqtisadiyyat sahəsində qazaxıstanlı ekspert Rəsul Rısməmbətov deyib.

Ekspertin sözlərinə görə, 2023-cü ilin yanvar-fevral aylarında iki ölkə arasında ticarət dövriyyəsi təxminən 15 faiz artıb. O hesab edir ki, ölkələrimiz üçün qarşılıqlı ticarətin artırılması həyati əhəmiyyət kəsb edir.

“Azərbaycan Qazaxıstanın Cənubi Qafqazda mühüm iqtisadi tərəfdaşıdır. 2022-ci ildə ölkələrimiz arasında ticarət əlaqələri yüksək səviyyədə saxlanılıb. Qazaxıstanda Azərbaycan kapitalının iştirakı ilə 1195-dən çox müəsisə və 210 birgə müəssisə fəaliyyət göstərir. Azərbaycanın Qazaxıstan iqtisadiyyatına yatırdığı sərmayələrin həcmi 365 milyon dollardan çoxdur”, - Rısmambetov deyib.

Ekspert qeyd edib ki, ölkələr arasında əməkdaşlığın əsas istiqaməti 2022-ci ilin avqustunda Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı imzalanmış Saziş və 2022-2026-cı illər üçün əməkdaşlığın inkişafına dair Kompleks Proqramla müəyyən edilir.

O vurğulayıb ki, “Orta dəhliz” və digər birgə investisiya layihələri çərçivəsində, nəqliyyat və logistika sahəsində əməkdaşlıq ölkələr arasında münasibətləri yeni səviyyəyə qaldırmağa imkan verir.

“Orta dəhliz”in perspektivləri çox böyükdür. Bu sahədə Azərbaycan və Qazaxıstan investorları üçün Azərbaycandan kənarda, Gürcüstanda, Qara dəniz limanlarında əməkdaşlıq lazımdır. Marşrutlar nə qədər çox olsa, tariflər bir o qədər aşağı olacaq. Bu isə kiçik və orta biznes üçün daşıma xərclərini azaltmaq üçün faydalıdır. Ukraynada müharibə başa çatdıqdan və nəqliyyatın bərpasından sonra marşrutumuz artıq yüksək dəyərlərə nail olacaq”, - ekspert deyir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycan Qazaxıstandan 280 min ton buğda idxal edib ki, bu da 2021-ci illə müqayisədə 5,3 dəfə çoxdur. Bu dövrdə idxalın həcmi 95,8 milyon dollar təşkil edib. Beləliklə, bir ton Qazaxıstan buğdası Azərbaycana orta hesabla 342 dollara başa gəlib. Qazaxıstan Azərbaycanın qeyri-neft məhsullarının əsas idxalçılarından biridir. 2022-ci ilin sonunda Azərbaycandan Qazaxıstana qeyri-neft ixracı 2021-ci illə müqayisədə 2,6 dəfə artaraq 102,7 milyon dollar təşkil edib.

Qeyd edək ki, aprelin 10-da Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə görüşündə dövlət başçıları iki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması üçün imkanların mövcudluğunu vurğulayıblar.

Tamilla MƏMMƏDOVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?