27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Altı ayda 60,6 milyon dollar dəyərində meşə fındığı ixrac edilib

Bu ilin yanvar-iyun ayıları ərzində ölkədən 60,6 milyon ABŞ dolları dəyərində 12,2 min tondan çox meşə fındığı ixrac edilib.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu 2022-ci ilin eyni göstəriciləri ilə müqayisədə dəyər olaraq 5,7 faiz (3,29 milyon dollar), həcm olaraq isə 18,9 faiz (1,94 min ton) çoxdur.

Cari ilin may ayına nisbətdə isə iyunda fındığın ixrac dəyəri 3,3 faiz (193,66 min dollar) artaraq 5,98 milyon dollar, həcmi isə 1,2 faiz (14,18 ton) artaraq 1,1 min tonu üstələyib.

Qeyd edək ki, 2023-ci ilin ilk 6 ayında fındığın ümumi ixracda xüsusi çəkisi 0,34 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 3,42 faizə bərabər olub.

VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir?