20 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elektronika mallarının satışı şirkətləri və servis mərkəzləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində elektronika mallarının satışı ilə məşğul olan şirkətlər və onlarla müştərək fəaliyyət göstərən servis mərkəzlərinin nümayəndələri ilə maarifləndirici görüş keçirilib. Görüşdə istehlakçıların əyani və onlayn qaydada keyfiyyətli mal, iş və xidmət əldə etmək hüquqları, məişət təyinatlı mürəkkəb texniki malların satışına dair tələblər, təminat və zəmanət öhdəlikləri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, şirkətlərdə istehlakçı şikayətlərinə baxılma prosedurunun, daxili reqlamentlərdə bu müraciətlərlə əlaqədar risk portfelinin və ekspertiza qaydalarının müəyyənləşdirilməsi, çağrı mərkəzlərinin fəaliyyəti üzrə effektivliyin artırılması və vətəndaş sorğularının operativ cavablandırılması zərurət təşkil edir. Əlavə olaraq, elektronika mallarının Azərbaycan dilində tərtib olunmuş texniki pasportları və ya məhsulun əsas xüsusiyyətləri barədə qısa mətnin hazırlanaraq istehlakçılara təqdim olunması, qüsurlu malların texniki müayinəsi zamanı alıcının iştirakının təmin edilməsi tövsiyə edilib.

Sonda tədbir iştirakçılarının istehlakçı hüquqlarına dair qanunvericilikdə nəzərdə tutulmuş hallarla bağlı sualları cavablandırılıb.

VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi?