15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

6 aya 122,8 milyon manat dəyərində mebel istehsal edilib

Bu ilin yanvar-iyun aylarında ölkədə 122,8 milyon manat dəyərində mebel istehsal edilib.

"vergiler.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, bir il öncəki müvafiq göstəricini 22 faiz və ya 22,1 milyon manat üstələyir.

Cari ilin may ayı ilə müqayisədə isə iyunda istehsal həcmində dəyər olaraq 2,1 faiz və ya 500 min manat artım qeydə alınıb. İyun ayında 24,2 milyon manat dəyərində mebel istehsal olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən isə cari ilin ilk altı ayında ölkəyə 65,6 milyon ABŞ dolları dəyərində mebel və onun hissələri idxal olunub ki, bu da 2022-ci ilin eyni dövrünün göstəricisini 15,3 milyon dollar və ya 30,5 faiz üstələyir.

Cari ilin may ayı ilə müqayisədə iyunda sözügedən məhsulların idxalı dəyər ifadəsində 1,12 milyon dollar və ya 10,5 faiz azalıb. İyunda ölkəyə 9,58 milyon dollar dəyərində mebel məhsulları idxal olunub.

Qeyd edək ki, cari ilin ilk 6 ayında bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0,8 faizə bərabər olub.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?