12 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

TRACECA-nın bəzi marşrutlarında elektron yük qaiməsinin tətbiqi planlaşdırılır

Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin (TRACECA) bəzi marşrutlarında CIM/SMGS elektron yük qaiməsinin tətbiqi sınaqdan keçiriləcək.

vergiler.az” TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinə istinadən xəbər verir ki, pilot layihənin fəaliyyət planı Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkiyə və Ukraynanın nəqliyyat nazirliklərinin, dəmiryol operatorlarının, dəniz və liman operatorlarının, eləcə də gömrük orqanlarının nümayəndələrinin daxil olduğu işçi qrupun üzvləri tərəfindən müzakirə edilib.

Fəaliyyət planı çərçivəsində əsas aspektlərdən biri ilkin olaraq 2024-cü ilin əvvəlində dəmir yolu operatorları arasında sınaqdan keçiriləcək CIM/SMGS elektron sənədinin prototipinin hazırlanmasıdır. 2025-ci ilin əvvəlindən isə elektron yük qaiməsi digər gömrük orqanları və multimodal daşımalar həyata keçirən şirkətlər tərəfindən tətbiq oluna bilər.

Qeyd edək ki, 2022-ci ildə TRACECA-nın Azərbaycan hissəsində daşınan yüklərin həcmi 51 420,6 min ton, yük dövriyyəsi isə 12 648,9 milyon ton-km olub. 2021-ci illə müqayisədə müvafiq olaraq 29,8 faiz və 31,9 faiz artım müşahidə olunub.

VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi