26 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ICIEC və AZPROMO arasında Anlaşma Memorandumu imzalanacaq

İslam İnkişaf Bankı (İİB) Qrupunun missiyasının Azərbaycana işgüzar səfəri çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) görüş keçirilib.

Agentlikdən “vergiler.az”a verilən məlumata görə, görüşdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyəti, ixracın və investisiyaların təşviqi mexanizmləri, o cümlədən Milli İxrac Strategiyasının təsdiqlənməsi və ixrac coğrafiyasının genişləndirilməsi istiqamətində atılan addımlar haqqında məlumat verib. Bildirilib ki, ixracatçılara göstərilən dəstək tədbirləri çərçivəsində müxtəlif beynəlxalq və xarici qurumlar, xüsusilə İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyası (WAIPA) və Türkiyənin aidiyyəti qurumları ilə sıx tərəfdaşlıq əlaqələri qurulub.

Bununla yanaşı, Yusif Abdullayev hazırda AZPROMO tərəfindən ölkəmizdə "eximbank" (ixrac-idxal) alətlərinin yaradılması istiqamətində işlərin aparıldığını qeyd edib.

İİB-nin Qrupuna daxil olan İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) Asiya regionu üzrə Biznesin inkişafı departamentinin meneceri Oğuz Aktuna təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verərək diqqətə çatdırıb ki, Azərbaycandan ixracın və ölkəyə birbaşa xarici investisiya axınının stimullaşdırılması məqsədilə Korporasiya ölkə ilə müxtəlif sahələrdə – dövlət-özəl tərəfdaşlığı, nəqliyyat-logistika, telekommunikasiya, səhiyyə və təhsil sektorlarında, eləcə də sığorta və təkrarsığorta həllərinin təqdim edilməsi üzrə əməkdaşlıq edə bilər.

Görüşdə gələcək əməkdaşlığın hüquqi çərçivəsinin müəyyən edilməsi üçün ICIEC və AZPROMO arasında Anlaşma Memorandumunun imzalanması razılaşdırılıb.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?