8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Anastasiya Lavrina: “Rusiya Ələt AİZ-in logistik imkanlarından istifadə etməkdə maraqlıdır”

Rusiya Federasiyası ənənəvi olaraq Azərbaycanın xarici ticarətində əsas tərəfdaşlarından biridir.

vergiler.az”a bu mövzuda açıqlama verən ekspert, Azərbaycanın Rus İcması sədrinin birinci müavini Anastasiya Lavrina qeyd edib ki, Azərbaycan 2020-ci ildə öz ərazilərini uzunmüddətli erməni işğalından azad etdikdən sonra həmin torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Rusiya şirkətləri bu prosesdə fəal iştirak etməyə hazır olduqlarını ilk elan edənlər sırasında olublar.

“İyunun 17-də Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycanda işgüzar səfərdə oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birlikdə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışında iştirak etdi”, - ekspert deyib.

Onun sözlərinə görə, 2022-ci il fevralın 22-də imzalanmış Azərbaycan və Rusiya Federasiyası arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin əsas məqsədlərindən biri iqtisadi əlaqələrin qurulmasıdır: “2022-ci ilin iyul ayında Rusiyanın “Lukoyl” şirkətinin Azərbaycandakı törəmə şirkəti Füzuli rayonunda ilk modul yanacaqdoldurma məntəqəsini açıb. Rusiyanın enerji nəhəngi uğurları ilə kifayətlənmək niyyətində deyil və artıq alternativ enerji sahəsində layihələrə maraq göstərir”.

A.Lavrina qeyd edib ki, alternativ enerji, metallurgiya, energetika sektorları, kənd təsərrüfatının inkişafı, infrastruktur və nəqliyyat kommunikasiyaları, eləcə də “ağıllı şəhər”lərin tikintisi kimi sahələr Rusiya şirkətlərinin diqqətini cəlb edir. 2022-ci ildə Şərqi Zəngəzurdakı sənaye parkında Azərbaycan-Rusiya birgə loqistika mərkəzi yaradılıb.

“Qərbin sanksiyaları ilə üzləşən Rusiya diqqətini MDB ölkələrinə, Çinə və Türkiyəyə yönəldib. Azərbaycan Rusiya üçün iqtisadi və investisiya əlaqələrinin inkişafı baxımından önəmlidir. Tərəflər artıq əlaqələrin şaxələndirilməsi üçün mövcud potensialı müzakirə edirlər. Bu müzakirələrdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin geniş potensialı və regional əməkdaşlığın inkişafı üçün yeni perspektivlər, eləcə də Rusiyadan olan investorların Azərbaycanda Ələt Azad İqtisadi Zonasının nəqliyyat-loqistika imkanlarından istifadə etməsi kimi məsələlər aktuallıq kəsb edir”, - xanım A.Lavrina vurğulayıb.

Tamilla MƏMMƏDOVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?