15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tədavülə buraxılmış pul nişanları Tarix Muzeyində sərgilənəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən tədavülə buraxılmış kağız, metal, o cümlədən yubiley, xatirə və investisiya məqsədli pul nişanları ilk dəfə olaraq Milli Azərbaycan Tarix Muzeyinin yeni qurulacaq ekspozisiyasında sərgilənmə məqsədilə muzeyə təqdim edilib.

AMB-dən “vergiler.az”a verilən məlumata görə, muzeyə təqdim edilən kolleksiyada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr edilən yubiley pul nişanları silsiləsi müstəsna yerə malikdir. Eləcə də ölkəmizin tarixində ilk dəfə olaraq Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr olunmuş, Azərbaycan qızılı əsasında hazırlanan investisiya məqsədli pul nişanları da muzeydə sərgilənəcək.

Azərbaycan tarixinin ən şanlı səhifəsi kimi Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində əldə edilmiş Böyük Zəfər tarixini əbədiləşdirmək məqsədilə Mərkəzi Bank tərəfindən tədavülə buraxılan 500 manat nominallı banknot və “Zəfər” xatirə pul nişanları Milli Azərbaycan Tarix Muzeyinin ən dəyərli eksponatları arasında yer alacaq.

Təqdim edilən pul nişanları arasında Azərbaycanın görkəmli şəxsiyyətlərinə, əhəmiyyətli tarixi hadisələrinə, incəsənətinə, mədəniyyətinə həsr edilən qiymətli metallardan hazırlanmış pul nişanları da mövcuddur.

Yeni qurulan ekspozisiya tezliklə ziyarətçilərin ixtiyarına veriləcək.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?