15 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Naxçıvanda 4104 daşınmaz əmlak üzərində hüquqlar qeydiyyata alınıb

Naxçıvanda 4104 daşınmaz əmlak üzərində hüquqlar qeydiyyata alınıb

Cari ilin yanvar-may ayları ərzində Naxçıvan Muxtar Respublikası üzrə 4104 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət reyestrində qeydiyyata alınıb.

“vergiler.az” Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 41 faiz çoxdur.

Daxil olan müraciətlər əsasında 3098 texniki sənəd hazırlanıb, 3510 texniki sənədə dair parametrlər, kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranan hüquqlara dair 5143 məlumat daşınmaz əmlakın elektron qeydiyyatı sisteminə daxil edilib.

Təsdiq olunan qrafik əsasında 38 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilib. Xidmətin fəaliyyət istiqamətləri üzrə göstərdiyi elektron xidmətlərdən daxil olan 524 müraciətin icrası təmin edilib.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?