Naxçıvanda 4104 daşınmaz əmlak üzərində hüquqlar qeydiyyata alınıb

2023.06.24 13:03 (UTC+04:00)

Cari ilin yanvar-may ayları ərzində Naxçıvan Muxtar Respublikası üzrə 4104 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət reyestrində qeydiyyata alınıb.

vergiler.az” Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 41 faiz çoxdur.

Daxil olan müraciətlər əsasında 3098 texniki sənəd hazırlanıb, 3510 texniki sənədə dair parametrlər, kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranan hüquqlara dair 5143 məlumat daşınmaz əmlakın elektron qeydiyyatı sisteminə daxil edilib.

Təsdiq olunan qrafik əsasında 38 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilib. Xidmətin fəaliyyət istiqamətləri üzrə göstərdiyi elektron xidmətlərdən daxil olan 524 müraciətin icrası təmin edilib.