15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Alixan Smailov: "Azərbaycan Cənubi Qafqazda Qazaxıstanın ən mühüm iqtisadi-ticarət tərəfdaşıdır"

Ulu Öndər Heydər Əliyev Qazaxıstana həmişə səmimi dostluq münasibətləri bəsləyirdi. Bu il Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin iştirakı ilə Heydər Əliyev küçəsinin açılışı ölkələrimizin və xalqlarımızın birliyinin təcəssümünü bir daha nümayiş etdirdi.

Bu fikirləri Qazaxıstanın Baş naziri Alixan Smailov Prezident İlham Əliyevlə görüşdə söyləyib.

Azərbaycanla Qazaxıstan arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişafından məmnunluğunu ifadə edən Alixan Smailov qarşılıqlı fəaliyyətimizin strateji tərəfdaşlığa əsaslanan münasibətlərimizin göstəricisi olduğunu vurğulayıb. Qazaxıstanın Baş naziri əməkdaşlığın müxtəlif sahələrdə möhkəmlənməsi işinə Azərbaycan Prezidentinin verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Alixan Smailov qeyd edib ki, Azərbaycan Qazaxıstan üçün Cənubi Qafqazda ən mühüm iqtisadi-ticarət tərəfdaşıdır. Ötən ilin nəticələrinə görə qarşılıqlı ticarətin həcminin 460 milyon dolları keçərək 40 faiz artdığını, bu il də bu dinamikanın davam etdirildiyini bildirən qonaq potensialın daha da artırılması üçün imkanların olduğunu deyib.

AZƏRTAC

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?