14 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

5 aya 98,6 milyon manat dəyərində mebel istehsal edilib

Bu ilin yanvar-may aylarında ölkədə 98,6 milyon manat dəyərində mebel istehsal edilib.

"vergiler.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, bir il öncəki müvafiq göstəricini 18,3 faiz və ya 15,3 milyon manat üstələyir.

Cari ilin aprel ayı ilə müqayisədə isə mayda istehsal həcmində dəyər olaraq 52,4 faiz və ya 1 milyon manat artım qeydə alınıb. May ayında 23,7 milyon manat istehsal olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən isə cari ilin ilk beş ayında ölkəyə 56 milyon ABŞ dolları dəyərində mebel və onun hissələri idxal olunub ki, bu da 2022-ci ilin eyni dövrünün göstəricisini 16,8 milyon dollar və ya 42,9 faiz üstələyir.

Cari ilin aprel ayı ilə müqayisədə mayda sözügedən məhsulların idxalı dəyər ifadəsində 2,17 milyon dollar və ya 16,8 faiz azalıb. Mayda ölkəyə 10,7 milyon dollar dəyərində mebel məhsulları idxal olunub.

Qeyd edək ki, cari ilin ilk beş ayında bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0,82 faizə bərabər olub.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?