18 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Banklarla fintex şirkətlərinin sinxron fəaliyyətinə imkan verəcək qanun layihəsi hazırlanıb

“Ödəniş sistemləri və ödəniş təşkilatları haqqında” Qanun layihəsi artıq müzakirə üçün Milli Məclisə təqdim edilib. Bu barədə “vergiler.az”a Azərbaycan Banklar Assosiasiyasının eksperti, rəqəmsal transformasiya və kibertəhlükəsizlik üzrə mütəxəssis İlqar Əliyev məlumat verib.

İ.Əliyevin sözlərinə görə, yeni qanunun qəbul edilməsi tək banklarda deyil, ödənişlərin qəbulu ilə məşğul olan bütün maliyyə qurumlarında kibertəhlükəsizlik risklərinin azalmasına imkan verəcək.
Qanun layihəsinin çox təkmil formada hazırlandığını deyən ekspert bunun günün tələbi olduğunu vurğulayıb. Onun fikrincə, yeni qanunla fintexlərin də səlahiyyətləri dəqiqləşəcək: “İndiyədək fintex şirkətlərin fəaliyyətini tənzimləyən bir normativ yoxdur. Ona görə də konseptual normativin olmasına, bazarın oyun qaydalarının müəyyənləşməsinə ehtiyac var. Çünki bu gün fintex şirkətləri klassik bankçılığın müəyyən xidmətlərini elektron formada təşkil edirlər. Amma buna necə nəzarət olunmalıdır? Bunun riskləri nədir, riskləri necə minimallaşdırmaq lazımdır? Bu qəbildən suallara cavab almaq baxımdan qanunvericilik aktının olması zəruridir”.

İ.Əliyev “Ödəniş sistemləri və ödəniş təşkilatları haqqında” Qanunun qəbul olunmasının banklar üçün də faydalı olacağını, banklarla fintex şirkətlərinin sinxron fəaliyyət göstərməsinə imkan verəcəyini qeyd edib.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri