15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İndiyədək 44 hotelə ulduz sertifikatı verilib

İndiyədək Milli Hotel Ulduz Təsnifatı almaq üçün 100 hotelin auditi keçirilib və onlardan 44-ü ulduz sertifikatı əldə edib.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Azərbaycan Hotel Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam deyib.

Onun sözlərinə görə, digər hotellərə müəyyən çatışmazlıqları aradan qaldırmaq üçün vaxt verilib. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra həmin hotellərə də ulduzların verilməsi nəzərdə tutulur: “Hotellərə 5, 4, 3 və 3 Superior sertifikatları verilib. Superior kateqoriyası müəyyən edilmiş ulduzdan, məsələn, 3 ulduzdan daha üstün olan, amma 4 ulduzun tələblərini tam qarşılamayan hotellərə verilir. 1 və 2 ulduz da almaq mümkündür, amma, hələ ki, həmin kateqoriyanı əldə edən yoxdur”.

G.Sağlam bildirib ki, Milli Hotel Ulduz Təsnifatı almaq istəyən hotellər üçün 2020-ci ildən könüllü auditlər həyata keçirilir. Hotellərə verilən sertifikatlar 3 illikdir və bu müddət bitdikdə onlar yenidən yoxlamadan keçməlidirlər: “Bu ilin sonunda bəzi hotellər auditdən keçmək üçün yenidən müraciət edəcəklər. Hələ ki, təkrar audit olmayıb”.

G.Sağlam ulduz alan hotellərə gizli müştərilərin göndərilməsi ilə bağlı layihənin hazırlandığını söyləyib. O, bu layihənin tətbiqinə başlama vaxtının hələ müəyyən edilmədiyini açıqlayıb.

İlhamə İSABALAYEVA

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?