15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda “Sabantuy 2023” tədbiri keçirilib

Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Sabantuy 2023” tədbirində Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak ediblər.

İqtisadiyyat Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, Tatarıstan nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb. Qonaqlar Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini anıb, "Əbədi məşəl" abidəsi önünə əklil qoyublar.

“Sabantuy 2023” tədbirinin açılışında çıxış edən Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov qeyd edib ki, Sabantuy bayramının tatarların yaşadığı bir çox ölkələrdə, eləcə də Azərbaycanda keçirilməsinin xalqlar arasında dostluq və əməkdaşlıq tellərini gücləndirir. Vurğulanıb ki, əsrlər boyu etnik tatarlar və azərbaycanlılar ortaq dəyərlərə, dini və mədəni köklərə əsaslanan sıx, qardaşlıq münasibətlərini qoruyub saxlayıblar. Tatarlar Azərbaycanda rahat yaşayır, dövlətlərimiz də, öz növbəsində xalqlarımız arasındakı bu sıx əlaqələrə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişafına böyük əhəmiyyət verir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Tatarıstan əməkdaşlığının inkişafında ulu öndər Heydər Əliyevin və Tatarıstanın birinci Prezidenti Mintimer Şaymiyevin əvəzsiz xidmətlərini qeyd edib. Nazir bildirib ki, Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti, xarici investorlar, o cümlədən Tatarıstan sahibkarları üçün geniş perspektivlər vəd edir. İşğaldan azad olunmuş ərazilərimizin bərpasında da Rusiya şirkətləri fəal iştirak edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi cənab Rüstəm Minnixanovun iştirakı ilə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışı da tərəfdaşlığımızın göstəricilərindəndir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu xalqlarımızın ortaq dəyərlərini qeyd edib, birgə tədbirlərin əməkdaşlığın inkişafına töhfə verdiyini bildirib.

Tədbir çərçivəsində ümummilli lider Heydər Əliyevə, eləcə də Tatarıstanın görkəmli şəxslərinə, milli-mənəvi dəyərlərə həsr olunan tematik meydançalar təşkil olunub. Hər iki respublikanın dövlət və mədəniyyət xadimlərinin Tatarıstan Respublikasının dövlət mükafatları ilə təltif olunduğu tədbir ədəbi-musiqili proqramla davam edib.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?