19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əli Əhmədov: “Azərbaycan dördüncü milli hesabatı 2024-cü ildə təqdim etməyi planlaşdırır"

Dünyanın 2030-cu ilədək transformasiyası məqsədilə həyata keçirilən BMT-nin dayanıqlı inkişaf strategiyası və dünyanın bu mərhələdə ciddi şəkildə dəyişdirilməsi konsepsiyasına Azərbaycan hökuməti də yaxından qoşulub və bu layihənin uğurla həyata keçirilməsinə öz töhfələrini verməkdədir.

"vergiler.az" xəbər verir ki, bunu “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda keçirilən İkinci DİM Dialoqunun Gündəliyində çıxış edərkən Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqədar BMT-nin transformasiya konsepsiyasını həm yüksək qiymətləndirir, həm də bəşəriyyətin bu günü və gələcəyi üçün onun xüsusi əhəmiyyətli olduğunu etiraf edir. "Azərbaycanın konsepsiyaya yanaşması bu motivlərlə əlaqədardır. Bildirmək istəyirəm ki, 2015-ci ildən həyata keçirilən bu konsepsiyada Azərbaycan yaxından iştirak etməklə öz töhfələrini verib. Əgər biz bu töhfələri hesabatların verilməsi şəkilində ifadə etsək, güman edirəm ki, bunun özü də bir nailiyyətdir. Azərbaycan indiyədək üç könüllü milli hesabatını BMT-nin müvafiq qurumuna təqdim edib, dördüncü milli hesabatı isə 2024-cü ildə təqdim etməyi planlaşdırır",- deyə Ə.Əhmədov qeyd edib.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?