9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tikinti sahəsində təhlükəsizliyi təmin edən yeni dövlət standartları qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS ГОСТ 26633-2023 “Ağır və xırdadənəli betonlar. Texniki şərtlər”, AZS ГОСТ 31914:2023 “Monolit konstruksiyalar üçün yüksək möhkəmlikli ağır və xırdadənəli betonlar. Yoxlama və keyfiyyətin qiymətləndirilməsi qaydaları”, AZS ГОСТ 32495:2023 “Xırdalanmış betondan və dəmir-betondan qırmadaş, qum və qum-qırmadaş qarışıqları. Texniki şərtlər” dövlət standartları qəbul edilib.

İnstitutdan “vergiler.az”a verilən məlumata görə, ölkə ərazisində tikinti sahəsində təhlükəsizliyin, o cümlədən tikinti materialları, məmulatları və konstruksiyalarının keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi məqsədilə beynəlxalq mütərəqqi təcrübələrə əsaslanan müasir tələblərə uyğun yeni dövlət standartlarının qəbul edilməsinə zərurət yaranıb.

AZS ГОСТ 26633-2023 “Ağır və xırdadənəli betonlar. Texniki şərtlər” standartı bütün tikinti sahələrində və iqlim zonalarında istifadə edilən sement yapışdırıcılı və sıx dolduruculu konstruktiv ağır və xırdadənəli betonlara şamil edilir və betonlara dair texniki tələbləri, onların qəbul qaydalarını və yoxlama üsullarını müəyyən edir.

Standart gərginləşən, iridənəli, turşuyadavamlı, istiyədavamlı, radiasiya mühafizəli, xüsusi ağır və dispers-armaturlanmış betonlara şamil edilmir.

AZS ГОСТ 31914:2023 “Monolit konstruksiyalar üçün yüksək möhkəmlikli ağır və xırdadənəli betonlar. Yoxlama və keyfiyyətin qiymətləndirilməsi qaydaları” standartı sıxılmada möhkəmlik sinifləri B60 və yuxarı olan, istismar edilən və tikinti mərhələsində olan monolit konstruksiyalar üçün nəzərdə tutulan yüksək möhkəmlikli ağır və xırdadənəli betonlara şamil edilir və yüksək möhkəmlikli ağır və xırdadənəli betonların xassələri və sınaq xüsusiyyətləri nəzərə alınmaqla, möhkəmliyin, şaxtayadavamlığın və sukeçirməzliyinin təyini, yoxlanılması və qiymətləndirilməsi qaydalarını müəyyən edir.

Yüksək möhkəmlikli ağır və xırdadənəli betonun digər normalaşdırılan birbaşa keyfiyyət göstəriciləri həmin sınaqlara aid normativ sənədlər əsasında təyin edilir, yoxlanılır və qiymətləndirilir.

AZS ГОСТ 32495:2023 “Xırdalanmış betondan və dəmir-betondan qırmadaş, qum və qum-qırmadaş qarışıqları. Texniki şərtlər” standartı beton və müxtəlif təyinatlı məhlulların doldurucuları kimi istifadəsi üçün nəzərdə tutulmuş və həmçinin ərazilərin abadlıq, bərpa və hamarlanması üçün hazır qarışıqların komponent materialı, avtomobil yollarının əsasları, uçuş-enmə zolaqlarının və aerodromların platformalarının əsasları, yol çiyinlərinin tikintisi materialı kimi istifadə olunan xırdalanmış betondan və dəmir-betondan alınmış qum-qırmadaş qarışıqlarına, qırmadaşa və quma şamil edilir.

Bu standart xırdalanmış betondan qum-qırmadaş qarışıqlarının, qırmadaşın və qumun xüsusiyyətlərini, qəbul meyarlarına, sınaq üsullarına, daşınmasına və saxlanmasına dair tələbləri müəyyən edir.

Xırdalanmış betondan alınmış qum-qırmadaş qarışıqları asfalt-beton qarışıqlarının hazırlanması, üzvi yapışdırıcı materiallarla emal edilmiş əsasların hazır qarışıqlarının hazırlanması üçün tətbiq edilmir.

Standartlar “Tikinti materialları, məmulatları və konstruksiyaları”nın standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 10) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?