10 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qənnadı məhsullarına dair yeni standartlar qəbul edilib

Qənnadı məhsullarına dair yeni standartlar qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS 213:2023 (ДСТУ 4135-2021) “Konfetlər. Ümumi texniki şərtlər”, AZS 439:2023 (ДСТУ 3893-2016) “Karamel. Ümumi texniki şərtlər” və AZS 460:2023 (ДСТУ 4228-2021) “Draje. Ümumi texniki şərtlər” dövlət standartları qəbul edilib.

İnstitutdan “vergiler.az”a verilən məlumata görə, AZS 213:2023 (ДСТУ 4135-2021) “Konfetlər. Ümumi texniki şərtlər” forma və dad baxımından fərqlənən bir və ya bir neçə konfet kütləsindən şəkər və ya şəkər əvəzediciləri əsasında hazırlanmış qənnadı məmulatlarına şamil edilir.

AZS 439:2023 (ДСТУ 3893-2016) “Karamel. Ümumi texniki şərtlər” pərakəndə satış şəbəkəsində satış üçün nəzərdə tutulmuş, müxtəlif forma və dadlı, şəkər siropunun nişasta və ya maltoz şərbəti və ya invert siropu və digər analoji xammal ilə qaynadılması yolu ilə hazırlanmış şəkərli qənnadı məmulatına - karamelə aid edilir.

AZS 460:2023 (ДСТУ 4228-2021) “Draje. Ümumi texniki şərtlər” draje - yuvarlaq və ya digər formalı, kiçik ölçülü, yuvarlanmış örtüklü şəkərli qənnadı məmulatına şamil edilir.

Standartlar “Qida məhsullarının keyfiyyəti və texnologiyası”nın standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 33) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Yeni dövlət standartları qüvvəyə mindiyi tarixdən (23.05.2023) AZS 213-2006 “Konfetlər. Ümumi texniki şərtlər”, AZS 439-2010 “Karamel. Ümumi texniki şərtlər”, AZS 460-2010 “Draje”. Ümumi texniki şərtlər” dövlət standartları qüvvədən düşmüş hesab edilir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?