Rumıniyaya məhsul ixracı 2,5 dəfə artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Rumıniya ilə ticarət dövriyyəsinin ümumi həcmi 176 668,19 min ABŞ dolları və ya 2,2 dəfəyədək artaraq 325 783,04 min dollar təşkil edib.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk dörd ayında Azərbaycandan Rumıniyaya 300 273,7 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 179 869,96 min dollar və ya 2,5 dəfə üstələyir.
Rumıniyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 11,1 faiz və ya 3 201,77 min dollar azalaraq 25 509,34 min dollar təşkil edib.
Cari ilin yanvar-aprel aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Rumıniya ilə ticarətin payı 1,82 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 0,9 faiz bəndi çoxdur.