Dörd ayda 1325 müsabiqə əsaslı satınalma keçirilib
Bu ilin yanvar-aprel ayları ərzində ümumi dəyəri 629,2 milyon manat olan 1325 müsabiqə əsaslı satınalma keçirilib.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Twitter” hesabında yazıb.
Xidmət rəisi bildirib ki, satınalmaların 13-ü açıq tender, 711-i elektron açıq tender, 543-ü kotirovka sorğusu, 58-i isə təkliflər sorğusu üsulu ilə həyata keçirilib.
“Elektron açıq tenderlər say və məbləğ (287,6 milyon manat) üzrə digər üsullarla müqayisədə üstünlük təşkil edib”, - M.Abbasbəyli əlavə edib.