24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sahibkar Kəmalə Eynullayeva: “Kiçik və orta sahibkarlığın inkişafı məşğulluğun təmin olunmasına imkan verir”

Sahibkar Kəmalə Eynullayeva: “Kiçik və orta sahibkarlığın inkişafı məşğulluğun təmin olunmasına imkan verir”

Ölkəmizdə qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün münbit şərait yaradılıb. Bunun sayəsində “La Aristocratie” brendinin yaradıcısı, fərdi sahibkar Kəmalə Eynullayeva öz hobbisini biznesə çevirməyi bacarıb. O artıq “La Aristocratie” adlı ilk mağazasını müştərilərin istifadəsinə verib.

K.Eynullayeva 2017-ci ildən zərgərlik və mirvarilərdən bəzək əşyaları hazırlamağa başlayıb və həmin əşyaları onlayn qaydada satıb: “6 il əvvəl öz dizaynlarım əsasında hazırladığımız mirvari bəzək əşyalarını təqdim etməyə başladıq. Bir müddət sonra 10 zinət əşyasından ibarət ilk kolleksiyanı təqdim etdik. Bundan sonra işimizə böyük maraq, dəstək gördüm. Hazırladığım zinət əşyalarının xanımlar tərəfindən bəyənilməsi mənə böyük xoşbəxtlik yaşatdı. Nəhayət, bu il ilk mağazanı açdıq”.

Fərdi qaydada sifariş qəbul edib tək nüsxədə məhsul hazırladıqlarını bildirən K.Eynullayeva qarşıdakı illərdə mağazalarının sayını artırmağı düşünür. Bununla alıcılar Bakının müxtəlif səmtlərində, eləcə də digər regionlarda “La Aristocratie” brendinə aid zinət əşyalarını ala biləcəklər.

Son illərdə ölkədə sahibkarlığın inkişafına yaradılan şəraiti yüksək qiymətləndirən K.Eynullayeva bunun qadınların işgüzar mühitə gəlməsinə müsbət təsir etdiyini vurğulayıb: “Dövlət qurumları bu işdə daim sahibkarların yanındadır. Bir sahibkarlıq subyektinin işləməsi digər qadınlar üçün iş şəraiti yaradır. Məsələn, hazırda bizim müəssisədə işləyən xanımlar öz ailələrinin ehtiyaclarını ödəmək imkanı qazanırlar. Kiçik və orta sahibkarlığın inkişafı həm məşğulluğun təmin olunmasına, həm də bəzi sosial problemlərin həllinə imkan verir”.

Sahibkarlara maliyyə dəstəyinin verilməsi ilə bağlı xüsusi dövlət proqramlarına diqqət yönəldən K.Eynullayeva biznesini genişləndirmək mərhələsində həmin proqramların imkanlarından istifadə edəcəyini deyib: “Əksər hallarda zinət əşyalarının hazrlanması üçün xammalı xaricdən gətiririk. Bu işdə dövlət qurumları bizə daim dəstək olur”.

K.Eynullayeva istehsal etdikləri xüsusi zinət əşyalarını xarici bazara çıxarmaq niyyətində olduğunu bildirib.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?